Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçəli bildirib.
O qeyd edib ki, qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıq zamanı İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədəki son vəziyyət müzakirə olunub.
Türkiyə XİN-in başçısı bölgədə artan gərginliyin narahatlıq doğurduğunu, İsrail-Fələstin qarşıdurmasında təcili olaraq davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.