Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalyada diplomatik forum çərçivəsində görüş keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Tərəflər münasibətlərin tam nizamlanmasına hazır olduqlarını təsdiqləyiblər.
Bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparılıb. Nazirlər həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.