Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiana başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. O İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə başsağlığı verib.
Telefon danışığında İran Prezidenti İbrahim Rəisinin sözügedən terror aktı ilə bağlı Türkiyəyə təxirə salınan və qarşıdakı dövrdə reallaşacaq səfəri gündəmə gətirilib.
Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb.