Hakan Fidan AB səfirləri ilə görüşdü

Hakan Fidan AB səfirləri ilə görüşdü

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Birliyi (AB) ölkələrinin Ankaradakı diplomatik nümayəndələri və səfirləri ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə AB-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut və birliyə üzv ölkələrin Ankaradakı səfirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Hakan Fidan münasibətlərin yenidən canlandırılmasında Türkiyənin AB-yə üzvlük prosesinin, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələlərinin Ankara üçün prioritet olduğunu deyib. Türkiyənin bu məsələlərdə qətiyyətini qeyd edən nazir AB-nin verdiyi müsbət mesajların həyata keçirilməsinə ehtiyac olduğunu xatırladıb.

Görüş zamanı qanunsuz miqrasiya, terrorla mübarizə, Türkiyə-AB münasibətləri, İsrail-Fələstin münaqişəsi, bölgədəki vəziyyət, həmçinin Rusiya-Ukrayna qarşıdurması kimi aktual məsələlər də gündəmə gətirilib.

Teqlər: