Haitinin hakim partiyası Senat sədrini müvəqqəti prezident təyin edilməsini təklif edib

Haiti partiyası Tet Kale yeni bir dövlət başçısı seçilənə qədər Senatın (yuxarı palata) sədri Cozef Lamberin respublikanın müvəqqəti prezidenti təyin edilməsini təklif edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Haiti 24 xəbər portalı xəbər verib.


Partiya hesab edir ki, ölkənin baş naziri Ariel Anri olmalıdır. Prezident Jovenel Moiz öldürülməsindən iki gün əvvəl A.Anrini Nazirlər Kabinetinin başçısı təyin etdi, lakin A.Anri vəzifəyə başlaya bilməyib.