Haitinin Baş nazirinə sui-qəsd cəhdi olub, ölən və yaralılar var

Haitinin baş naziri Ariel Anriyə sui-qəsd törədilib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin müstəqilliyinin 218-ci ildönümü münasibətilə keçirilən mərasim zamanı baş verib. Hücum zamanı atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Atışma Qonaives şəhər kilsəsində baş verib.

Mühafizəçilər hökumət başçısını hadisə yerindən dərhal uzaqlaşdıra biliblər.

Baş nazirin özü xəsarət almayıb.