Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1 941 nəfərə çatıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mülki müdafiə idarəsindən bildibirlər.
Məlumata əsasən, zəlzələ zamanı həmçinin 9 min nəfər xəsarət alıb.
Bildirilir ki, ölənlərdən 1 597 nəfəri Cənub, 205 nəfəri Qrand-Ans, 137 nəfəri Nipp, iki nəfəri isə Şimal-Qərb departamentində həyatını itirib.
Qeyd edək ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.