Haitidə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, qəza ölkənin paytaxtı Port-o-Prensa şəhərindən cənubda baş verib.
Məlumata əsasən, təyyarənin göyərtəsində 6 nəfər olub və qəza nəticəsində onların hamısı ölüb.
Hazırda qəzanın səbəbi araşdırılır.