Haitinin paytaxtı Port-o-Prensin qərbində yüngül mühərrikli
təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər həlak olub.
Trend xəbər
verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat
yayıb.
Qeyd olunur ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onlardan
yalnız biri sağ qalıb.
Təyyarə qəzaya uğrayarkən yük maşınına çırpılıb, nəticədə
ətrafda olan daha 3 nəfər yaralanıb. Müvafiq qurumlar hadisənin
səbəblərini araşdırır.