Haiti Seçki şurası prezident seçkilərini təxirə salıb.
Trend TASS -a istinadən xəbər verir ki, seçkilər sentyabrın 26-dan noyabrın 7-ə keçirilib
Bildirilir ki, eyni gündə ölkədə 2019-cu ildən təxirə salınan parlament seçkiləri və konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum baş tutacaq. Prezident seçkilərinin ikinci turu (lazım gəldiyi təqdirdə) 23 yanvar 2021 -ci ildə keçiriləcək.