Haitidə katolik kilsənin ən azı yeddi xidmətçisi qaçırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Presse” agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə Kua-de-Buke şəhərində baş verib. Onlardan iki nəfəri Fransa vətəndaşıdır.
Cinayətkarlar 1 milyon dollar azadlıq pulu tələb edir. Polis ərazidə fəaliyyət göstərən silahlı qruplaşmanı bunu etməkdə sübhəli bilir.