Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən sonra Nazirlər Kabineti respublika ərazisində hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Haiti prezidenti vəzifələrinin icraçısı Klod Cozef dövlət televiziyasının efirində bildirib.
O, ölkədəki bütün qüvvələri demokratiyanın müdafiəsi naminə birləşməyə çağırıb və prezidentin qatillərinin qanuna əsasən cəzalanacağını vurğulayıb.
Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı yaralanan Haitinin birinci xanımı da xəstəxanada ölüb.
Bu, 2017-ci ildə prezident vəzifəsinə başlayan Moizə qarşı ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı silahlı hücuma məruz qalmış və yüngül yaralanmışdı.