Haitinin paytaxtı Port-o-Prensdə kriminal dəstələr arasında baş
verən qarşıdurma 26 dinc sakinin ölümünə, 22 nəfərin yaralanmasına
səbəb olub.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barərə BMT məlumat yayıb.
Qeyd olunur ki, toqquşmalar nəticəsində yüzlərlə insanı evlərini
tərk etməyə məcbur edib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA)
bildirib ki, son hadisələr Haiti paytxatının Croix-des-Buquets
kommunasında, Cite Soleil, Bas Delmas və Martissantda baş verib.
Krua-des-Buket kommunasında baş verən toqquşmalar nəticəsində 1200
nəfər evlərindən didərgin düşüb.
Qurbanların sayının artacağı istisna edilmir.