Haiti Prezidenti Jovenel Moizə sui-qəsd cəhdində şübhəli bilinərək həbs olunan Haiti əsilli ABŞ vətəndaşı əvvəllər amerikan təhlükəsizlik qüvvələrindən biri ilə əlaqəli olub.
AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ hökumətindəki mənbə bildirib.
Mənbə saxlanılan şəxsin adını göstərməyib və hansı növ əlaqənin olduğunu açıqlamayıb.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətldə 18 kolumbiyalı və iki haitili məşəli amerikalının iştirak etdikləri bildirilir.