Xocavənd rayonunun Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü işləri aparılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Məlumata görə, qurum artıq bununla bağlı hazırlıq işlərinə başlayıb. Söküntü işləri ilə yanaşı şaquli planlaşdırma işləri də aparılacaq. Bütün bu işlərə 2 milyon manat xərclənməsi planlaşdırılır.