Hadrutda nəşi tapılan hərbi qulluqçunun adı açıqlandı – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin Hadrutda tapılması ilə bağlı məlumat yayıb.

Qurumdan AzerTimes-a daxil olan məlumatda deyilir:

“Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir”.

Teqlər: