Hadrutda bir azərbaycanlı hərbçinin meyiti aşkarlanıb

Xəbər - Samir Əli – Trend:

Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun meyiti aşkarlanıb.

Bunu AzerTimes-a açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəfinin nümayəndələrinin iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.


Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşüb. Hazırda qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir.

Teqlər: