Hadisə ‘’Trendyol’’un ‘’Super alış-veriş günləri’’ni tanıdır

Hadisə ‘’Trendyol’’un ‘’Super alış-veriş günləri’’ni tanıdır

‘’Trendyol”un Azərbaycandakı müştəriləri üçün həyata keçirdiyi ‘’Super alış-veriş günləri’’ kampaniyasının reklam siması Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisədir.

Müştərilərə əsl endirim festivalı əhval-ruhiyyəsini yaşadacaq “Super alış-veriş günləri”nə özəl olaraq hazırlanan “Trendyol təbii ki” adlı tanıtım melodiyasını isə Azərbaycanın Eurovision təmsilçisi, müğənni Fahree (Fəxri İsmayılov) səsləndirib.

Həmçinin, noyabrın 6-dan başlayaraq ‘’Trendyol’’un İnstagram səhifəsini izləyən və dostlarını işarələyən istifadəçiləri ‘’Trendyol’’dan hədiyyə gözləyir. Bu şərtləri yerinə yetirən iştirakçılar arasından 10 nəfər təsadüfi seçimlə təyin olunacaq. Qaliblər Hadisənin 7 dekabrda Bakıda keçiriləcək konsertinə bilet qazanacaqlar.

Qeyd edək ki, “Super alış-veriş günləri” Trendyol istifadəçilərinə seçilmiş məhsullar üçün 60 faizədək endirim fürsəti verir. Əlavə olaraq, alış-veriş həvəskarları SUPER20 kodu ilə 20 faiz endirim imkanı qazanaraq arzuladıqları məhsula sahib olacaqlar.

Teqlər: