Müğənni Hadisənin Bakı Konqres Mərkəzində baş tutan konsertdə maraqlı anlar yaşanıb.
AzerTimes xəbər verir ki, konsertdə əkiz bacılar Sevil və Sevinc Səfərovalar səhnəyə çıxaraq Hadisəyə portret hədiyyə ediblər.
Daha sonra Sevinc Səfərova Türkiyəyə zəlzələ fəlakəti zamanı dəstək olan Sərvər Bəşirlini səhnəyə dəvət edib:
“Türkiyə deyəndə iki dövlət, bir millət deyirik. Biz bunu sözlə deyil, əməl ilə iki dövlət olaraq sübut etmişik. Amma yaxın günlərdə təbii fəlakət yaşandı və bu hadisə hamının başına gələ bilər. Zəlzələ bölgəsinə yola düşən çox böyük bir ürəyə sahib olan insanı hamı yaxşı tanıyır. O, Hadisə xanımın dəvəti ilə burdadır. Onu səhnəyə dəvət edirik. Siz böyük ürəyə sahib insansınız. Sizə təşəkkür edirik”.
Müğənni Hadisə isə Sərvər Bəşirliyə təşəkkür edib:
“Sərvər Bəşirli bu yaşadığımız fəlakətdə ən böyük dəstəkçilərdən biri oldu. İlk gündən yola çıxdı və ölkəmiz üçün dəstəyə gəldi. Hamımızın gözlərini doldurdu və ağlatdı. Ona çox təşəkkür edirəm”.