Hacıyevdən “Forbes”in müəllifinə: Bunu heç vaxt…

Hacıyevdən “Forbes”in müəllifinə: Bunu heç vaxt…

Evelina Oçab, sizin “Forbes” nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında (Tvitterdə) “Forbes” nəşrində məqaləsi dərc edilmiş Evelina Oçab adlı müəllifə müraciətlə yazıb.

“Siz bir insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmamısınız”, – o bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın 30 il dağıdıcı hərbi işğalından əziyyət çəkib:

“Azərbaycanın mülki əhalisi Ermənistanın mina terrorunun qurbanına çevrilib. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz dövriyyəsi üçün istifadə olunub. Amma siz bütün bunlara susqunluqla yanaşdınız”.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın himayə etdiyi marionet rejim Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini girov saxlayır:

“İnsan hüquqlarının müdafiəçisi kimi nəcib status neytral, siyasi manipulyasiyalardan uzaq, obyektivlik və ədalətli olmağı tələb edir. Təəssüf edirəm ki, sizin “Forbes”dəki məqalənizdə bunları görmədim”.

Teqlər: