“Hacıqasımlı”da qanunsuz hasilat: cinayət işi açıldı

“Hacıqasımlı”da qanunsuz hasilat: cinayət işi açıldı

Saatlı rayonu ərazisində yerləşən “Hacıqasımlı” (Kamallı-III) qum yatağında qanunsuz hasilat aparılması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla Bakı şəhər sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 hektar ərazidə qum hasilatı aparılması nəticəsində ümumilikdə 551 min 800 manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakt görə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Teqlər: