16:40
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz ,Qəbələ, Zaqatala, Şəki, Qax , İsmayıllı, Altıagac, Quba, Xınalıq, Xaltan, Yevlax, Şabran, Cəfərxan, Göyçay, İmişli, Neftçala, Sabirabad, Şirvan, Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da və Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
***
Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.