Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisində beynəlxalq yükdaşımaları həyata keçirən 2 TIR toqquşub.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, qəza nəticəsində Ukrayna vətəndaşı olan TIR-lardan birinin sürücü ağır yaralanıb.
Qəza nəticədə ağır yaralanan Ukrayna vətəndaşı olan sürücü – 1975-ci il təvəllüdlü Railen Aleksandr Nikolayeviç Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.