Hacıqabulda sel körpünü uçurub, yeddi kəndin yolu bağlanıb

Yağan güclü yağışlar nəticəsində gələn sel Hacıqabulda körpünü
uçurub.

Sakinlərin AzerTimes-a verdiyi məlumata görə, son günlər güclü
yağışların yağması nəticəsində rayonun Udulu kəndi ərazisindən
keçən Pirsaatçayda daşqınlar baş verib. Onların sözlərinə görə, sel
suları çayın üzərindəki köhnə körpünü uçurub. Bununla da Udulu
kəndi istiqamətində yeddi yaşayış məntəqəsinin rayonla
gediş-gəlişində çətinliklər yaranıb.

Yerli icra nümayəndəliyindən verilən məlumata görə, hazırda
həmin yaşayış məntəqələrinə gediş-gəliş üçün Tağılı kəndi
istiqamətindəki alternativ yoldan istifadə edilir:

“Uçan körpünün yaxınlığında yeni körpü tikilir. Sel suları
dayandıqdan sonra tikinti işləri davam edəcək”, – deyə yerli
qurumdan bildirilib.

Teqlər: