Hacıqabulda qızılcaya yoluxan gənc yolda keçindi

Hacıqabulda qızılcaya yoluxan gənc yolda keçindi

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

AzerTimes Report-a istinadla xəbər verir ki, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayşə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.

Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: