Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, saxlanılan şəxsdən “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.


Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Teqlər: