Hacıqabulda bir gündə 5-ci dəfə zəlzələ oldu

Hacıqabulda bir gündə 5-ci dəfə zəlzələ oldu

11:34

Gün ərzində Hacıqabul rayonunda 5-ci dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzerTimes-a bildirilib ki, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.1-ə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib. Həmçinin saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələlər hiss edilməyib.

Teqlər: