Hacıqabulda avtomobil iki əmioğlunu vurdu, biri öldü

Hacıqabulda avtomobil iki əmioğlunu vurdu, biri öldü

Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul rayonu Udulu kəndi ərazisində qeydə alınıb. VAZ markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri – 18 yaşlı Pünhan Ehtiram oğlu Qocayev və 19 yaşlı Əli İlqar oğlu Qocayevi vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: