Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar: Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır.
Qəza nəticəsində Samirin 6 yaşlı oğlu da xəsarət alıb.