Hacıqabulda 21 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.
AzerTimes xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Elvin Rövşən oğlu Novruzov həyətdə iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.