Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb

Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Teqlər: