Hacıqabul rayonunda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb

Hacıqabul rayonunda yaşadığı ünvanı tərk edən iki COVID-19
xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev
şəraitində müalicə alan Hacıqabul rayon sakini Ə.Ağayev karantin
rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və
yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə
təyin olunan rayon sakini Q.Aslanov da qoyulan qaydalara biganə
yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları
gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.


Hər iki şəxs barəsində Hacıqabul Rayon Polis Şöbəsində
araşdırmalar aparılır.

Teqlər: