Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda
sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid
yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması
istiqamətində işlər davam edtirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, Hacıqabul
rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun
tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən
yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması
planlaşdırılır.
Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirir avtomobil yolunun yenidən qurulması, həmçini yeni
körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və
sərnişin daşıması asanlaşacaq.