Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda
sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid
yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması
istiqamətində işlər davam edtirilir.
AAYDA-dan AzerTimes-a bildirilib ki, Hacıqabul rayonunun 39 km
uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi
çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin
cari il ərzində yekunlaşdırılması planlaşdırılır.
Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirir avtomobil yolunun yenidən qurulması, həmçini yeni
körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və
sərnişin daşıması asanlaşacaq.