Hacıqabul rayon Mərkəzi Xəstəxanasının baş direktoruna cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb. AzerTimes-ın məlumatına görə, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci(Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Prosesə hakim Aqil Musayev sədrlik edəcək.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

Teqlər: