Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır – Nazir

Xəbər - Çingiz Səfərli – Trend:

Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır. Açılış tarixi ilə bağlı məsləhətləşmələr aparılır.

AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

Onun sözlərinə görə, gələn il açılış tarixi bilinəcək.

“Xatırlatmaq istərdim ki, 2023-cü ildə Zeynalabdin Tağıyevin yubileyinin qeyd edilməsi də nəzərdə tutulur. Yubiley münasibətilə həm ölkə daxilində, həm də xaricdə tədbirlər keçiriləcək”, – deyə nazir bildirib.

Teqlər: