Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib.
AzerTimes xəbər verir ki, bu barədə İdman.biz-ə üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib.
H.Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalicə işləri yekunlaşıb:
“Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə olan problem hələ qalır. 10 gün fizioterapiya olunacağam. Amma fiziki məşqlərimi davam etdirirəm. İki həftədən sonra milli komandaya qoşulacağam”.
Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.