Hacı Əliyev bürünc uğrunda döyüşəcək

Hacı Əliyev bürünc uğrunda döyüşəcək

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

AzerTimes xəbər verir ki, çempionatın sonuncu günündə üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Güləşçimizin rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Millimizin 2 üzvü də təsəlliverici görüşə çıxacaq. Belə ki, İslam Bazarqanov (61 kq) Beşir Alili (Şimali Makedoniya), Maqomedxan Maqomedov (97 kq) isə polşalı Zbiqniev Baranovski ilə üz-üzə gələcək.

Teqlər: