Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan və Azərbaycan arasında prosessual dinləmələr başlayacaq.
AzerTimes xəbər verir ki, “Ermənistan Azərbaycana qarşı” ilk dinləmə bu gün Bakı vaxtı ilə saat 13:00-dan 15:00-a kimi və 19:00-dan 21:00-a kimi keçiriləcək.
Yanvarın 31-də isə Bakı vaxtı ilə saat 13:00-dan 15:00-a kimi və 19:00-dan 21:00-a kimi “Azərbaycan Ermənistana qarşı” dinləmə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.