Haaqa məhkəməsi təsdiqlədi: Təyyarəni Rusiya vurub!

Haaqa məhkəməsi təsdiqlədi: Təyyarəni Rusiya vurub!

Malayziya Hava Yollarına məxsus MH17 reysi üzrə uçan sərnişin təyyarəsi 2014-cü ildə Ukraynanın şərqində, o zamanlar “dxr” yaraqlılarının nəzarəti altında olan Pervomaysk yaxınlığındakı sahədən atılan Rusiya istehsalı raketlə vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin çıxardığı qərarda deyilir.

“Məhkəmə hesab edir ki, MH17 “Buk” raketi ilə Pervomaysk yaxınlığındakı kənd təsərrüfatı sahəsindən vurulub, nəticədə 283 sərnişin və 15 ekipaj üzvü həlak olub”, – sədrlik edən hakim Hendrik Stenhuis deyib.

Qərara əsasən, Sergey Dubinski, Oleq Pulatov, Leonid Xarçenko və Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti İqor Strelkov-Qirkin mülki təyyarəni vurmaqda ittiham olunurlar.

Məhkəmə həmçinin etiraf edib ki, təyyarə vurulan zaman qondarma “dxr”in ərazisi Rusiya nəzarətində idi.

Teqlər: