Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, kursantlar 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.
Sonda azad olunan ərazilərdən qənimət götürülən üzərində “Qarabağ Azərbaycandır!” yazısı yazılmış 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdirilib.