Güzəştli mənzil seçiminin baş tutmamasının səbəbləri…

Güzəştli mənzil seçiminin baş tutmamasının səbəbləri…

Güzəştli mənzillərin satışına bir az qalmış elektron sistemə orqanik olmayan çoxlu sayda sorğular daxil olub..

AzerTimes xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə 815 mənzilin seçiminin baş tutmamasına münasibət bildirən Elektron Hökumət Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib.

“Satışa, təxminən, 15-20 dəqiqə qalmış müşahidə olunan asan loqin üzərindən yüklülük vətəndaşların daha sonrakı addıma keçə bilməsinə imkan verməyib. İlk təəssürat budur ki, orqanik olmayan çoxlu sayda sorğular olub.

“Orqanik olmayan” dedikdə biz testlərdə, ssenarilərdə müşahidə etdiyimiz standart proses axını üzrə yox, ondan kənar həddindən artıq yüklülüyə səbəb olan prosesi nəzərdə tuturuq. Məsələ burasındadır ki, sistemin potensial istifadəçisi, təxminən, 20 mindir. Satışda da bunun, təxminən, 50%-i qədər gözlənilirdi. Yeni bizdəki ssenaride 20 minə qədər istifadəçinin sistemdə iştirakına uyğun yüklülük testləri aparılıb. Bütün testler də uğurlu başa çatıb. Bu, əvvəlki satışlarda olan standart prosedurlar idi. İstənilən halda qısa vaxtda araşdırma aparıb tezliklə ictimaiyyətə məlumat veriləcək”, – o qeyd edib.

Teqlər: