Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərin əhəmiyyətli hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi hesabında məlumat yayıb.
“Ötən il bu biznes subyektlərinə kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i verilib”, – nazir qeyd edib.