Güzəştli ipoteka üçün ilkin ödəniş ləğv edilə bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Güzəştli ipoteka verilən zaman bəzi kateqoriyadan olan
vətəndaşlar üçün 10 faizlik ilkin ödənişin subsidiya edilməsi
təklif edilir.

AzerTimes-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı
Vüqar Bayramov çıxış edib.

V.Bayramov hesab edir ki, 10 faizlik ilkin ödəniş ləğv edilə və
ya subsidiya edilə bilər.

“Güzəştli ipoteka kreditləri maksimum 100 min manat məbləğdə 30
il müddətinə və 4 faiz dərəcəsi ilə təklif edilir. Bu kreditlər
üçün minimal ilkin ödəniş 10 faizdir. Nəzərə alsaq ki, güzəştli
ipoteka götürən vətəndaşlarımız xüsusi dəstəyə ehtiyacı olan
kateqoriyadır, biz təklif edirik ki, bəzi vətəndaşlarımız üçün
güzəştli ipoteka kreditləri subsidiya olunsun.


Xüsusən də nəzərə alsaq ki, jurnalistlərin, orta məktəbdə
çalışan müəllimlərin əmək haqqları yüksək deyil, sosial ipoteka
götürmək üçün ilkin ödəniş üçün onlara ən böyük maneə olur. Ona
görə də həmin vətəndaşlar üçün güzəştli ipoteka krediti götürən
zaman 10 faiz ilkin ödəniş İpoteka və Kredit Zəmanət Fondu
tərəfindən subsidiya edilə bilər.

O halda vətəndaş ilkin ödəniş etmədən kredit götürüb mənzili
almaq imkanına malik ola bilər. Belə bir güzəştin tətbiq olunması
vətəndaşlarımızın güzəştli ipoteka kreditindən daha çox
faydalanmasına gətirib çıxara bilər, kreditlərə əlçatanlığı artıra
bilər”, – deyə o bildirib.

V.Bayramov əlavə edib ki, bununla bağlı təkliflər artıq hökumətə
təqdim edilib.

Teqlər: