Güzəştlə mənzil almaq istəyənlərin 3 gün vaxtı qaldı

Güzəştlə mənzil almaq istəyənlərin 3 gün vaxtı qaldı

3 gündən sonra, 28 iyulda MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq. Yəni sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

O bildirib ki, cari ayın əvvəlində MİDA DEMO versiyanı işə salanda “Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilmişdir” deyə, açıqlama vermişdi:

“Bu o deməkdir ki, 29 iyulda baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən sürprizlər edəcək. Yəni MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə, ikiqat CAPTCHA fərqli ola, menyular dəyişilə bilər və s.

Botlar və robotların qarşısını almaq üçün gözləmək olar ki, real satış modulu DEMO-dan kəskin fərqlənəcək. Beləliklə də düşünmək olar ki, daha hazırlıqlıların, daha çox test edənlərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq.

Tövsiyə edərdim ki , DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar.

Xatırladıram ki, sonuncu onlayn satışda ilk mənzil seçimi 31-ci saniyədə baş tutmuşdu”.

Teqlər: