Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.