Gürcüstanla Türkiyə bu sazişə düzəliş etdi

Gürcüstanla Türkiyə bu sazişə düzəliş etdi

Gürcüstan və Türkiyə Azad Ticarət Sazişinə yeni düzəlişlər ediblər.

AzerTimes xəbər verir ki, sənədi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar.

Gürcüstan iqtisadiyyat nazirliyindən bildirilib ki, bu sənəd sayəsində Gürcüstan Türkiyəyə məhsul ixrac edərkən yeni güzəştlər əldə edəcək.

Yeni sənəd qüvvəyə mindikdən sonra Gürcüstandan Türkiyəyə bir sıra məhsullar – mal-qara, mal əti, yaşıl çay, quru meyvələr, kivi, limon, pomidor konservləri və ərzaq məhsulları sıfır tarifi dərəcəsi ilə ixrac olunacaq.

Bundan başqa, Türkiyə tərəfi bal, alma və şərab üçün kvotaları artırıb.

Teqlər: