Gürcüstanla sərhədlərimiz tam bağlandı

Gürcüstanla sərhədlərimiz tam bağlandı

Gürcüstanın Azərbaycanla sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün bağlanıb.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınması məqsədilə aprelin 5-dən 20-dək yerüsütü və hava daşınmaları dayandırılıb. Bu məhdudiyyətlər yük daşımalarına şamil olunmur.

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü”, “Laqodexi”, “Samtskaro” və “Mtkvari” sərhəd-keçid məntəqələri fərdi şəxslərin hərəkəti üçün bağlanıb.