Gürcüstanın yeni prezidenti o olacaq – KİV

Gürcüstanın yeni prezidenti o olacaq – KİV

Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri olmuş milyarder və xeyriyyəçi Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstanın prezidenti ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, o, növbəti beş il ərzində ciddi siyasi toxunulmazlıq əldə edəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, 2024-cü ilin sonunda prezident Gürcüstan parlamentinin deputatları və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən seçiləcək:

“Hazırda Gürcüstanda siyasi qüvvələr ümumxalq prezident seçkisinin saxlanılması imkanlarını müzakirə edirlər”.

Hakim partiyanın nizamnaməsində edilən dəyişikliyə də diqqət çəkilir:

“Bundan sonra baş nazirliyə namizədi partiyanın fəxri sədri irəli sürəcək. İvanişvili hazırkı Baş nazir İrakli Qaribaşvilini Tiflisin meri Kaxa Kaladze ilə əvəz edə bilər. Bu da 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkisinə qədər faydalı olacaq”.

Teqlər: