Gürcüstanın yalnız bir düşməni var – Rusiya.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində deyib.
“Bəlkə kimsə bunu başa düşmür, ya kimsə anlamaq istəmir, ya da başa düşməmək kiminsə xeyrinədir. Amma Rusiyanın düşmən olması faktdır. Rusiya bunu gizlətmir və bu fakt hər şeydə görünür”, – Zurabişvili əlavə edib.
O bildirib ki, bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya istəyi olduğuna dair heç bir əlamət yoxdur.